Şahruddinin komandasından Türkiyə kubokuna erkən vida - VİDEO

Xəbərlər
17 Yanvar 2024 22:55
214
Şahruddinin komandasından Türkiyə kubokuna erkən vida - VİDEO

Azərbaycan yığmasının qapıçısı Türkiyə kubokunda mübarizəni dayandırıb.

İdman.biz xəbər verir ki, Şahruddin Məhəmmədliyevin komandası turnirin 1/16 finalında uduzub.

“Adana Dəmirspor” öz meydanında “24 Erzincanspor”a penalti seriyasında məğlub olub. Oyunun əsas və əlavə vaxtı 2:2 hesabı ilə yekunlaşıb. Lotereyada qonaq 7:6 hesabı ilə qələbə qazanıb.

Qeyd edək ki, Şahruddin aşağı liqa təmsilçisi ilə oyunda meydana çıxmayıb. Onun adı iştirak ərizəsinə daxil edilməyib.

İdman.biz