AFFA-nın əməkdaşı UEFA-nın seminarına qatılıb

Xəbərlər
16 Yanvar 2024 15:37
160
AFFA-nın əməkdaşı UEFA-nın seminarına qatılıb

UEFA-nın növbəti seminarı keçirilir.

İdman.biz xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.

İsveçrənin Neon şəhərindəki mənzil-qərargahında təşkil olunan tədbir təhlükəsizlik məsələlərinə həsr olunub. Seminarda təşkilata üzv olan ölkələrin təhlükəsizlik xidmətinin əməkdaşları iştirak edir.

Tədbirdə AFFA da təmsil olunub. Seminarda qurumun əməkdaşı – Beynəlxalq oyunlarda təhlükəsizlik üzrə baş mütəxəssis Elnur İbişov da iştirak edir.

İdman.biz

Məqalədə: