Ağdamın “Qarabağ” klubu UEFA Avropa Liqasının I təsnifat mərhələsində mübarizəyə qoşulur.
İdman.Biz bildirir ki, Qurban Qurbanovun komandası bu mərhələdə İslandiyanın “Vestri” klubu ilə üz-üzə gəlir.
Bu gün Ağdam klubunun oyunçuları “Vestri” ilə oyun öncəsi son məşqə çıxıblar.

“Qarabağ” ötən mövsüm UEFA Çempionlar Liqasında uğurlu çıxışı ilə yadda qalmışdı.

Sabahkı matçda çoxdandır “Qarabağ”ın formasını geyinməyən Elvin Cəfərquliyev də oynaya bilər.

“Qarabağ” - “Vestri” matçı iyulun 9-da keçiriləcək.

Oyun saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

