UEFA Avropa Liqasının I təsnifat mərhələsinin oyunları start götürür.
İdman.Biz bildirir ki, ölkəmizi bu mötəbər turnirdə “Qarabağ” təmsil edir.
Qurban Qurbanovun komandası bu mərhələdə İslandiyanın “Vestri” klubu ilə qarşılaşacaq.

Bu gün İslandiya klubunun oyunçuları son məşqə çıxıblar.

“Qarabağ” - “Vestri” matçı iyulun 9-da keçiriləcək.

Oyun saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

