“Elvin Cəfərquliyev meydana çıxa bilər. Lakin onu görüşün əvvəlində, yaxud axırında meydanda görə biləcəyimizi deyə bilmərəm”.
İdman.Biz xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov İslandiyanın “Vestri” komandasına qarşı keçirəcəkləri UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunundan əvvəlki mətbuat konfransında deyib.
Qurbanov Elvin Cəfərquliyevlə bağlı hələ yekun qərarın verilmədiyini bildirib.
Qeyd edək ki, “Qarabağ” - “Vestri” matçı iyulun 9-da, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.
İslam Atakişiyev
@idman.biz Qurban Qurbanov Elvin Cəfərquliyevlə bağlı suala aydınlıq gətirib. #qurbanqurbanov #elvincəfərquliyev #qarabağfk ♬ orijinal ses - Idman və Biz
