Azər Bağırov: “Faydalı toplanış və oyun oldu”

Xəbərlər
15 Yanvar 2024 18:27
103
Azər Bağırov: “Faydalı toplanış və oyun oldu”

“Araz-Naxçıvan” qış fasiləsi dövründə ikinci yoxlama matçında “Qəbələ”yə uduzub.

İdman.biz xəbər verir ki, komandanın baş məşqçisi Azər Bağırov hazırlıq prosesindən razı qalıb.

Gənc mütəxəssis “Qəbələ”yə qarşı oyunda hər hissədə fərqli oyunçulara üstünlük verdiyini bildirib: “Hazırlıq prosesi istədiyimiz kimi keçdi, plana uyğun toplanışı başa vurduq. Oyunda da nəyi planlaşdırmışdıqsa, yerinə yetirdik. Hər hissədə fərqli heyətlə oynadıq. Bütün futbolçulara şans verdik, onlar da tapşırıqları yerinə yetirməyə çalışdılar. Bir sözlə, nəticədən asılı olmayaraq, faydalı toplanış və oyun oldu. Ən əsası matçı zədəsiz başa vurduq.
Zədə üzündən toplanışa qatılmayan Orxan Əliyev və İsmail Azzaoui Bakıda komandaya qoşulacaq və rəsmi oyunlara qədər tam hazır olacaqlar”.

Qeyd edək ki, “Araz-Naxçıvan” qış fasiləsində “Zirə” (1:2) və “Qəbələ” (0:2) ilə yoxlama oyunlarında uduzub.

İdman.biz