SSRİ çempionatlarında 20 qol vuran azərbaycanlı hücumçu vəfat edib

15 Yanvar 2024 14:57
622
SSRİ çempionatlarında 20 qol vuran azərbaycanlı hücumçu vəfat edib

“Araz-Naxçıvan”ın sabiq futbolçusu Səməd Hacıyev vəfat edib.

İdman.biz xəbər verir ki, futbol veteranı 64 yaşında dünyasını dəyişib.

Sabiq hücumçu 1977-84-cü illərdə SSRİ çempionatının aşağı liqalarında mübarizə aparan Naxçıvan təmsilçisinin heyətində forma geyinib. O, bu müddətdə 20 qol vurub.

Allah rəhmət eləsin!

İdman.biz

Məqalədə: