“Şəfa” FK Vlad Marian Popu heyətinə cəlb edib

1 İyul 2026 17:40
98
“Şəfa” FK Vlad Marian Popu heyətinə cəlb edib

Yeni mövsümün hazırlıqlarını davam etdirən “Şəfa” ilk legioner futbolçu transferini reallaşdırıb.

İdman.Biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, yarımmüdafiəçi Vlad Marian Pop heyətə cəlb olunub. Rumıniyalı oyunçu ilə “1+1” illik müqavilə imzalanıb.

Rumıniyanın U-21 millisinin sabiq üzvü olan Vlad Marian Pop son olaraq “Unirya”nın (Sloboziya) formasını geyinib. 25 yaşlı futbolçu karyerası ərzində “Universitatya” (Krayova) və “Mioveni” klublarda da çıxış edib.

İdman.Biz
Məqalədə: