Birinci Liqada çıxış edən MOİK heyətini iki yeni futbolçu cəlb edib.
İdman.Biz sport24.az-a istinadən xəbər verir ki, ötən mövsümü “Şəfa”da keçirmiş Emin Zamanov və Ruslan Hacıyevlə ortaq məxrəcə gəliblər.
Hər iki futbolçu ilə bir illik müqavilə imzalanıb.
Qeyd edək ki, ötən “futbol ili”ndə MOİK-in “sükanı arxasında” olan İlham Yadullayev yeni mövsümdə də eyni vəzifəni icra edəcək.
