“Zirə” növbəti yoxlama oyununa çıxacaq

29 İyun 2026 20:02
77
“Zirə” növbəti yoxlama oyununa çıxacaq

Türkiyədə təlim-məşq toplanışında olan “Zirə” sabah növbəti yoxlama oyununa çıxacaq.

İdman.Biz klubun mətbuat xidmətinə istinadən bildirir ki, komanda Türkiyənin “Iğdır” klubu ilə qarşılaşacaq.

Matç Bakı vaxtı ilə 18:00-da start götürəcək.

“Zirə” artıq iki yoxlama oyunu keçirib.

“Qartallar” ilk yoxlama oyununda “Azersun Arena”da “Qarabağ”a 3:4 hesabı ilə məğlub olub. Türkiyənin Bolu şəhərində keçirilən ikinci matçda isə klub Özbəkistanın “Navbahor” klubuna uduzub – 1:3.

“Zirə” iyulun 2-dək Türkiyədə təlim-məşq toplanışını davam etdirəcək.

İdman.Biz