“İmişli” baş məşqçi Jorj Kaşkilya ilə yollarını ayırıb

29 İyun 2026 17:12
112
“İmişli” baş məşqçi Jorj Kaşkilya ilə yollarını ayırıb

“İmişli” futbol klubu baş məqşçi Jorj Kaşkilya ilə yollarını ayırıb.

İdman.Biz xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb.

Portuqaliyalı mütəxəssisin başa çatan müqaviləsinin müddəti uzadılmayıb.

Klub onun köməkçiləri - Kriştianu De Souza və Gilyerme Kadete ilə də vidalaşıb.

Xatırladaq ki, Jorj Kaşkilya 2025/2026 mövsümünün əvvəlindən komandada işləyib.

İdman.Biz