“Qəbələ” FK Kouya Mabena ilə müqavilə imzalayıb

29 İyun 2026 17:49
373
“Qəbələ” FK Kouya Mabena ilə müqavilə imzalayıb

“Qəbələ” heyətinə yeni futbolçu cəlb edib.

İdman.Biz xəbər verir ki, bu barədə “Qəbələ” Futbol Klubu məlumat yayıb.

Bildirilib ki, komanda Fildişi Sahilindən olan sol cinah müdafiəçisi Kouya Mabena ilə anlaşıb.

27 yaşlı futbolçu ilə “1+1” illik müqavilə imzalanıb.

Qeyd edək ki, son olaraq Malta təmsilçisi “Floriana”da oynamış futbolçu daha əvvəl “Vesterlo” (Belçika), “UTA Arad” (Rumıniya), “Hapoel Hadera” və “Hapoel Rişon LeZion” (hər ikisi İsrail) komandalarının da şərəfini qoruyub.

İdman.Biz