“Neftçi”nin əsas futbolçusu komandadan ayrılıb

26 İyun 2026 18:22
100
“Neftçi”nin əsas futbolçusu komandadan ayrılıb

Yeni mövsümün hazırlıqlarını davam etdirən “Neftçi” əsas oyunçularından biri ilə yollarını ayırıb.

İdman.Biz futbolinfo.az-a istinadən xəbər verir ki, ötən mövsüm uğurlu çıxışı ilə “ağ-qaralar”ın əsas simalarından birinə çevrilən Freddi Varqas komandadan ayrılıb.

Bakı klubu ilə icarə müqaviləsi başa çatan venesuelalı futbolçu məxsus olduğu İsrailin “Makkabi” (Netanya) klubuna qayıdıb. “Neftçi” Varqası heyətində saxlamaq istəsə də, İsrail təmsilçisi futbolçunu nə satmağa, nə də yenidən icarəyə verməyə razılaşıb.

Varqasın “Neftçi”də qalacağı, İsrail klubu ilə razılıq əldə edildiyi deyilirdi. Göünür, son anda vəziyyət dəyişib.

Qeyd edək ki, Freddi Varqas 2025/2026 mövsümünü icarə əsasında “Neftçi”də keçirib. O, Azərbaycan Premyer Liqasında meydana çıxdığı 32 oyunda 5 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

İdman.Biz