Azərbaycan millsinin sabiq futbolçusu Ceyhun Sultanov “Araz-Naxçıvan” futbol klubunun prezidenti vəzifəsinə təyin edilib.
İdman.Biz klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu qərar İdarə Heyətinin iclasında qəbul olunub.
Toplantıda həmçinin, klubun yeni mövsümə hazırlığı, akademiya komandalarının yenidən formalaşdırılması, əsas komandanın transfer çalışmaları müzakirə olunub.
Qeyd edək ki, futbolçu karyerası ərzində “Fərid”, “Neftçi”, “Dinamo” (Bakı), “Bakı”, “Xəzər-Lənkəran”, “Kəpəz”, “Sumqayıt”, “Qəbələ”, həmçinin İranın “Maşınsazi” klublarında çıxış edən C.Sultanov müxtəlif illərdə idarəçi kimi “Sumqayıt”, “Neftçi” və “Keşlə” klublarında fəaliyyət göstərib.
