“Yeni komanda yoldaşlarımla, yeni ailəmlə tanış olmağa və meydanda oynamağa başlamaq üçün səbirsizlənirəm”.
Bu sözləri “Qarabağ” futbol klubunun yeni transferi Renaldo Sefas deyib.
26 yaşlı hücumçu Ağdam klubuna keçidindən sonra sosial şəbəkə hesabında paylaşım edərək ilk təəssüratlarını bölüşüb.
“İlk növbədə hər şeyə görə Allaha şükür edirəm. Mənə verilən bütün imkanlara görə həqiqətən minnətdaram. “Qarabağ” kimi böyük bir ailənin üzvü olduğum üçün çox xoşbəxtəm. Klubun bütün əməkdaşlarına təşəkkür edirəm. Onlar ilk gündən burada özümü evimdəki kimi hiss etməyim üçün əllərindən gələni etdilər.
Yeni komanda yoldaşlarımla, yeni ailəmlə tanış olmağa və meydanda oynamağa başlamaq üçün səbirsizlənirəm”, - deyə o, sport24.az-a açıqlamasında söyləyib.
Qeyd edək ki, “Qarabağ” hər iki cinahda, eləcə də mərkəz hücumçusu mövqeyində çıxış edə bilən Renaldo Sefasla üç illik müqavilə imzalayıb.
