UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək "Sabah" (Azərbaycan) - "Hapoel" (Beer-Şeva, İsrail) cavab matçının biletləri satışa çıxarılıb.
İdman.Biz xəbər verir ki, biletləri onlayn şəkildə iTicket.az-dan, həmçinin oyun günü Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından əldə etmək mümkündür.
"Sabah" - "Hapoel" qarşılaşması avqustun 25-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
Görüş saat 20:45-də başlayacaq.
