“Araz-Naxçıvan” FK Alexandro Herrera ilə müqavilə imzalayıb

24 İyun 2026 13:32
91
“Araz-Naxçıvan” FK Alexandro Herrera ilə müqavilə imzalayıb

Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” futbol klubu Alexandro Herrera ilə müqavilə imzalayıb.

İdman.Biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Kolumbiyalı yarımmüdafiəçi ilə anlaşmanın müddəti 1+1 illikdir.

21 yaşlı mərkəz yarımmüdafiəçisi “Arko Zaragoza” akademiyasının yetirməsidir. Peşəkar futbolçu karyerasına Argentina “Banfield”ində başlayan Herreranın sonuncu klubu Dominikan təmsilçisi “San Kristobal” olub.

İdman.Biz