Azərbaycan Birinci Liqasında çıxış edən “Şahdağ Qusar” futbol klubu yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
İdman.Biz xəbər verir ki, bu barədə “Şahdağ Qusar” futbol klubu məlumat yayıb.
Bildirilir ki, komanda heyətini Vüqar Həsənov ilə gücləndirib.
Təcrübəli futbolçu ilə 1+1 illik sözləşmə imzalanıb.
Qeyd edək ki, Vüqar Həsənovun son klubu “Şəfa” olub.
Xatırladaq ki, “Şahdağ Qusar” daha öncə Elməddin Sultanov, Urfan İsmayılov, Ravil Qafarov, Fəxri Məmmədli, Gülağa Əsədov və Mehrac Baxşalını heyətinə qatıb.
