“Turan Tovuz” iki oyunçusu ilə vidalaşıb

20 İyun 2026 21:04
117
“Turan Tovuz” iki oyunçusu ilə vidalaşıb

“Turan Tovuz” 2 futbolçusu ilə yollarını ayırıb.

İdman.Biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bölgə təmsilçisi Tural Bayramlı və Sergey Samok ilə vidalaşıb. Klub adıçəkilən oyunçuların mövsümün sonunda başa çatan müqaviləsinin müddətini uzatmayıb.

Xatırladaq ki, “Turan Tovuz” daha öncə Filip Ozobiç və Şəhriyar Əliyevlə yollarını ayırıb.

İdman.Biz