“Neftçi”nin qadın futbolçulardan ibarət komandasının UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsindəki rəqibi məlum olub.
İdman.Biz xəbər verir ki, bu gün keçirilən püşkatmanın nəticəsinə əsasən, Bakı təmsilçisi bu mərhələnin birinci qrupunun yarımfinalında Monteneqronun “Buduçnost” klubu ilə qarşılaşacaq.
Cütün qalibi finalda PAOK (Yunanıstan) - “Hapoel” (Yerusalim, İsrail) cütünün qalibi ilə üz-üzə gələcək. Qalib komanda ikinci təsnifat mərhələsinə yüksələcək.
Birinci mərhələnin yarımfinal oyunları iyulun 22-də, final görüşü isə 25-də keçiriləcək.
