“Qarabağ” və “Zirə” yoldaşlıq görüşündə üz-üzə gələcək

18 İyun 2026 16:31
111
“Qarabağ” və “Zirə” yoldaşlıq görüşündə üz-üzə gələcək

2026/2027 mövsümünə hazırlığını davam etdirən “Qarabağ” futbol klubu 20 iyunda “Zirə” ilə yoldaşlıq görüşü keçirəcək.

İdman.Biz xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Qarşılaşma saat 18:00-da “Azersun Arena”nın məşq meydançasında baş tutacaq.

Qeyd edək ki, yoxlama görüşü yalnız media nümayəndələri üçün açıq olacaq.

İdman.Biz
Məqalədə: