“Zirə” futbol komandası hazırlıqlarını iyunun 25-dək paytaxt Bakıda davam etdirəcək.
İdman.Biz klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, hazırılığın növbəti mərhələsi 25 iyun - 2 iyul tarixlərində Türkiyənin Bolu şəhərində davam edəcək.
Komanda hazırlıq çərçivəsində iki yoxlama oyunu keçirəcək.
Qeyd edək ki, qarşılaşmalar 27 iyun və 1 iyul tarixlərində baş tutacaq. Rəqiblərin kimliyi və oyun saatları haqqında məlumat veriləcək.
Daha əvvəl verilən məlumatda “Zirə”nin 20 iyun saat 18:00-da “Azərsun Arena”da “Qarabağ”la yoldaşlıq görüşü keçirəcəyi bildirilib.
