Rahid Əmirquliyev paytaxt klubunda rəhbər vəzifə tutacaq

18 İyun 2026 16:52
88
Rahid Əmirquliyev paytaxt klubunda rəhbər vəzifə tutacaq

Azərbaycan millisinin sabiq futbolçusu Rahid Əmirquliyev peşəkar futbolçu karyerasını başa vurmağa hazırlaşır.

İdman.Biz sport24.az-a istinadən xəbər verir ki, son mövsümü Birinci Liqa təmsilçisi “Şahdağ Qusar”ın heyətində keçirən 36 yaşlı yarımmüdafiəçi futbolçu karyerasını başa çatdırmaq qərarına gəlib.

Rahid Əmirquliyev növbəti mövsümdən etibarən fəaliyyətini futbol idarəçiliyi sahəsində davam etdirəcək.

Təcrübəli futbol adamının Birinci Liqada çıxış edən “Səbail” klubunda rəhbər vəzifələrdən birinə təyin olunacağı gözlənilir. Tərəflər arasında bununla bağlı müzakirələrin aparıldığı bildirilir.

Qeyd edək ki, Rahid Əmirquliyev uzun illər Azərbaycan millisinin formasını geyinib. O, karyerası ərzində “Xəzər Lənkəran”, “Qarabağ”, “Səbail” kimi klubların şərəfini qoruyub.

İdman.Biz