“Sumqayıt” Hakan Sünalla yollarını ayırıb

16 İyun 2026 21:39
88
“Sumqayıt” Hakan Sünalla yollarını ayırıb

“Sumqayıt” Futbol Akademiyasının direktoru, almaniyalı mütəxəssis Hakan Sünalla növbəti mövsüm üçün əməkdaşlıq barəsində razılaşma əldə olunmayıb.

İdman.Biz kluba istinadən bildirir ki, bu gün klub rəhbərliyi ilə təcrübəli mütəxəssis arasında baş tutan görüşdə ona “Sumqayıt” FK-ya göstərdiyi xidmətlərə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.

Qeyd edək ki, 2019-cu ildən “Sumqayıt” Futbol Akademiyasına rəhbərlik edən Hakan Sünalla mövcud anlaşma bu ayın sonunda başa çatacaq.

İdman.Biz