“Qarabağ” portuqaliyalı oyunçunu heyətinə qatıb - FOTO

16 İyun 2026 21:09
85
“Qarabağ” portuqaliyalı oyunçunu heyətinə qatıb

“Qarabağ” klubu növbəti transferini gerçəkləşdirib.

İdman.Biz Ağdam klubuna istinadən xəbər verir ki, Portuqaliyanın “Portimonense” klubu ilə danışıqlar müsbət nəticələnib və Samuel Lobato “Qarabağ”a keçib.

24 yaşlı portuqaliyalı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb. O, bölgə təmsilçisində 28 nömrəli formanı geyinəcək.

2025-ci ildən “Portimonense”də çıxış edən orta sahə oyunçusu ilk dəfə legioner həyatı yaşayacaq. Lobato 2015-2021-ci illər aralığında Portuqaliyanın "Sportinq" klubunun akademiyasında yetişib. O, karyerası ərzində həmçinin “Famalikao” və “Tondela” klublarında da çıxış edib.

İdman.Biz