Cavid Hüseynov “Araz-Naxçıvan”ın baş məşqçisi oldu

16 İyun 2026 14:58
96
Cavid Hüseynov “Araz-Naxçıvan”ın baş məşqçisi oldu

“Araz-Naxçıvan” rəhbərliyi baş məşqçi vəzifəsinə Cavid Hüseynovu təyin edib.

İdman.Biz xəbər verir ki, bu barədə Peşəkar Futbol Klubu məlumat yayıb.

Bildirilir ki, mütəxəssislə bir illik müqavilə imzalanıb.

Futbolçu kimi müxtəlif illərdə “Turan”, MOİK, “Olimpik”, “İnter”, “Neftçi”, “Bakı”, “Qəbələ”, “Zirə”, Türkiyənin “Adana Demirspor” klublarının, həmçinin Azərbaycanın U-19, U-21, əsas millisinin formasını geyinmiş C. Hüseynov məşqçi kimi “Şamaxı” klubunda fəaliyyətə başlayıb. “Cəbrayıl”, “Turan Tovuz” klublarında da çalışan 38 yaşlı mütəxəssis bir müddət “Səbail”in də baş məşqçisi olub.

Qeyd edək ki, “Araz-Naxçıvan” ötən mövsüm Azərbaycan Premyer Liqasında altıncı yeri tutub və mövsüm başa çatdıqdan sonra ukraynalı mütəxəssis Andrey Demçenko ilə yollarını ayırıb.

İdman.Biz