Arsen Ağcabəyov: “Bu keçid karyerama müsbət təsir edəcək”

13 İyun 2026 12:05
109
Arsen Ağcabəyov: “Bu keçid karyerama müsbət təsir edəcək”

“Şəfa”nın gələcəklə bağlı planları, klubun inkişaf strategiyası və futbola yanaşması mənə daha uyğun idi”.

Bu sözləri “Şəfa”nın yeni transferi Arsen Ağcabəyov deyib.

25 yaşlı futbolçu yeni komandasına keçidindən danışıb.

“Məhz buna görə də seçimimi bu komandadan yana etdim. Burada həm fərdi, həm də komanda olaraq inkişaf etmək üçün yaxşı şəraitin olduğuna inanıram. Növbəti mövsümlə bağlı komanda yox, daha çox özümlə əlaqədar danışa bilərəm. Qarşıma qoyduğum əsas məqsəd daha çox çalışmaq, öz üzərimdə işləmək və performansımı daha da artıraraq Azərbaycan milli komandasına dəvət almaqdır. Bunun üçün əlimdən gələni edəcəyəm. İnanıram ki, “Şəfa”da çıxış etmək karyeramın inkişafına müsbət təsir göstərəcək, həm təcrübə qazanmağıma, həm də qarşıma qoyduğum hədəflərə çatmağıma kömək edəcək”, - deyə o, sport24.az-a açıqlamasında söyləyib.

Qeyd esək ki, Ağcabəyov ötən mövsüm “Şamaxı” formasıyla 29 oyunda 2 qol vurub, bir məhsuldar ötürmə edib.

İdman.Biz