Emin Zamanov Premyer Liqaya qayıdır: “Şamaxı” ilə danışıqlar başladı

12 İyun 2026 11:14
103
Emin Zamanov Premyer Liqaya qayıdır: “Şamaxı” ilə danışıqlar başladı

“Şəfa”dan ayrılan Emin Zamanov karyerasını yenidən Azərbaycan Premyer Liqasında davam etdirə bilər.

İdman.Biz sport24.az-a istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi “Şamaxı”ya qayıtmağa yaxındır.

Futbolçu hazırda bölgə təmsilçisi ilə danışıqlar aparır. Tərəflər arasında müzakirələr davam edir və yaxın günlərdə məsələyə aydınlıq gələcəyi gözlənilir.

Qeyd edək ki, Emin Zamanov 2023-2025-ci illərdə “Şamaxı”nın formasını geyinib. Yarımmüdafiəçi karyerası ərzində “Neftçi”, “Səbail” və “Kəpəz” klublarında da çıxış edib.

İdman.Biz