“Karvan-Yevlax” iki futbolçu ilə yolları ayırıb

11 İyun 2026 16:14
96
“Karvan-Yevlax” iki futbolçu ilə yolları ayırıb

“Karvan-Yevlax” iki futbolçu ilə yolları ayırıb.

İdman.Biz xəbər verir ki, bu barədə “Karvan-Yevlax” Futbol Klubu məlumat yayıb.

Bildirilir ki, Şakil Sno və komandada icarə əsasında çıxış edən Emin Rüstəmovla müqavilə yenilənməyib.

Emin “Karvan-Yevlax”ın heyətində 16 oyun keçirib. 30 yaşlı niderlandlı futbolçu isə başa çatan mövsümdə 33 oyuna çıxıb və bir qolla yadda qalıb.

Qeyd edək ki, komanda Azərbaycan Premyer Liqasında 2025/2026 mövsümünü sonuncu - 12-ci pillədə başa vuraraq Birinci Liqaya düşüb.

İdman.Biz