“Karvan-Yevlax” üç legionerlə vidalaşıb - YENİLƏNİB

10 İyun 2026 16:01
101
“Karvan-Yevlax” üç legionerlə vidalaşıb - YENİLƏNİB

“Karvan-Yevlax” klubu İmani Barkerlə vidalaşıb.

İdman.Biz xəbər verir ki, bu barədə “Karvan-Yevlax” Futbol Klubu məlumat yayıb.

Fransalı futbolçunun icarə müqaviləsinin müddəti başa çatıb.

Qeyd edək ki, İ.Barker Yevlax təmsilçisinin heyətində 24 oyun keçirib, 2 qola imza atıb.

15:09

“Karvan-Yevlax” klubu iki legioner futbolçusu ilə yollarını ayırıb.

İdman.Biz xəbər verir ki, bu barədə “Karvan-Yevlax” Futbol Klubu məlumat yayıb.

Bildirilir ki, bölgə təmsilçisi Olavale Doye və Moise Nqvisani ilə vidalaşıb.

Hər iki oyunçunun müqavilə müddəti başa çatdığı üçün əməkdaşlıq davam etdirilməyib.

Qeyd edək ki, Nigeriyalı futbolçu Olavale Doye 2025/2026 mövsümünün əvvəlində “Karvan-Yevlax”a transfer olunmuşdu. Almaniya vətəndaşı olan 28 yaşlı sol cinah müdafiəçisi Moise Nqvisani isə komandaya 2025-ci ilin yayında qoşulmuşdu.

İdman.Biz