“Şamaxı”nın yay hazırlıq planı məlum olub

8 İyun 2026 22:12
76
“Şamaxı”nın yay hazırlıq planı məlum olub

“Şamaxı” klubunun yay hazırlıq planı məlum olub.

İdman.Biz klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, təlim-məşq toplanışı iyulun 11-də Qəbələdə start götürəcək və avqustun 4-nə qədər davam edəcək.

Azərbaycan Premyer Liqası təmsilçisi hazırlıq zamanı 4 yoxlama oyunu keçirməyi planlaşdırır.

Rəqiblərin kimliyi, oyunların vaxtı və keçirilmə yeri hələ dəqiqləşməyib.

İdman.Biz