Bu yay “Kəpəz”i tərk edəcək futbolçulardan birinin kimliyi dəqiqləşib.
İdman.Biz fanat.az-a istinadən xəbər verir ki, bu futbolçu Gəncə təmsilçisi ilə müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulan müdafiəçi Şakir Seyidovdur.
Bir neçə təklif alan Şakirin anlaşmasının qarşılıqlı razılıq əsasında vaxtından əvvəl pozulması planlaşdırırlır.
Qeyd edək ki, geridə qalan mövsümdə Misli Premyer Liqası və Bizon Azərbaycan Kubokunda ümumilikdə 32 matça çıxan Seyidov 1 məhsuldar ötürmə ilə yadda qalıb.
