Domi Massumo “Qəbələ”dən ayrıla bilər.
İdman.Biz sportlife.az-a istinadən xəbər verir ki, klub rəhbərliyi konqolu yarımmüdafiəçi ilə müqaviləni uzatmaq istəsə də, tərəflər yeni müqavilənin maliyyə şərtlərində ortaq məxrəcə gələ bilməyiblər.
Belə ki, Massumo yeni sözləşmə üçün aylıq 12 min dollar (20000 manat) maaş tələb edib. “Qəbələ” isə futbolçuya 6 min dollar (10000 manat) təklif edib. Maaş məsələsindəki ciddi fərq danışıqların dayanmasına səbəb olub.
Danışıqlarda irəliləyiş əldə olunmasa, Massumonun yay transfer dönəmində komandadan ayrılması gözlənilir.
