Ramil Şeydayev Türkiyə klubunda – 1,5 illik müqavilə

Xəbərlər
10 Yanvar 2024 16:02
1 382
Ramil Şeydayev Türkiyə klubunda – 1,5 illik müqavilə

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev karyerasını Türkiyədə davam etdirəcək.

İdman.biz xəbər verir ki, hücumçu “Kocaelispor”a keçib.

Şeydayev yeni klubu ilə anlaşıb. Qarşıdakı günlərdə Türkiyəyə yollanacaq forvard 1,5 illik müqavilə imzalayacaq.

Ötən ilin ikinci yarısında Tailandın “Buriram" Yunayted” klubunda forma geyinən 27 yaşlı forvard Türkiyə çempionatının 1-ci liqa klubunun hücum xəttini gücləndirməlidir.

Qeyd edək ki, əvvəllər də Türkiyədə oynamış Ramil “Trabzonspor” forması geyinib.

İdman.biz