“Kəpəz” Dioqo Verdaska ilə müqavilənin müddətini uzadıb

25 May 2026 12:36
143
“Kəpəz” Dioqo Verdaska ilə müqavilənin müddətini uzadıb

"Kəpəz" klubu futbolçusu Dioqo Verdaska ilə müqavilənin müddətini uzadıb.

İdman.Biz xəbər verir ki, bu barədə Gəncə təmsilçisi məlumat yayıb.

Bildirilib ki, portuqaliyalı müdafiəçi ilə iki illik yeni sözləşmə imzalanıb.

Xatırladaq ki, D.Verdaska başa çatan mövsümdə Misli Premyer Liqasında 28 oyuna 1 qolla yadda qalıb. O, 2024/2025 mövsümündə də "Kəpəz"in formasını geyinib.

İdman.Biz