“Kəpəz” futbolçusunu aşağı liqaya göndərib

Xəbərlər
9 Yanvar 2024 22:08
401
“Kəpəz” futbolçusunu aşağı liqaya göndərib

Elnur Cəfərov Azərbaycan Premyer Liqasının autsayderi “Kəpəz”i tərk edib.

İdman.biz xəbər ki, o, 2023/24 mövsümünün ikinci hissəsini “İmişli” klubunda keçirəcək.

Elnur I Liqa təmsilçisinin heyətində icarə əsasında çıxış edəcək. Cəfərovla mövsümün sonunadək müqavilə imzalanıb.

Qeyd edək ki, 27 yaşlı futbolçu yayda “Kəpəz”lə 1+1 illik razılıq əldə etmişdi.

İdman.biz