Azərbaycan futbol tarixində ilk dəfə ölkə Kubokunun final oyunu Gəncə şəhərində keçiriləcək.
İdman.Biz xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov sosial şəbəkə hesabında bildirib.
"Düşünürəm ki, bu xəbər hər kəsin ürəyincə olacaq. Peşəkar Futbol Liqasının təklifi və AFFA prezidenti Rövşən Nəcəfin qərarı ilə Azərbaycanın futbol tarixində ilk dəfə Azərbaycan Kubokunun finalı Gəncə şəhər stadionunda keçiriləcək. Bu işdə dəstək olan Gənclər və İdman naziri Fərid Qayıbova dərin təşəkkürümü bildirirəm. Tarixi məkanda tarixi matçda görüşənədək!", - deyə Səmədov qeyd edib.
Qeyd edək ki, final oyununun 12 may 2027-ci ildə keçirilməsi nəzərdə tutulub.
