Futbol üzrə Azərbaycan yığması sentyabrın 12-də İordaniya komandası ilə yoxlama matçında qüvvəsini sınayacaq.
İdman.biz-in məlumatına görə, rəqib millinin ilkin heyəti müəyyənləşib.
İordaniya komandasının baş məşqçisi Əl Husseyn Amuta ilkin heyətdə 31 futbolçuya yer verib. Əmmanda hazırlıq keçən yığmanın yekun heyəti sentyabrın 3-də bəlli olacaq. Ayın 4-də Osloya yola düşəcək iordaniyalila bir gün sonra Norveç millisi ilə yoxlama matçında qüvvələrini sınayacaqlar. Bundan bir həftə sonra Asiya futbolçuları Bakıda yığmamızın qonağı olacaqlar.
Qapıçılar: Yazid Əbu Layla, Abdulla əl-Fəxuri, Malik Şalabiya, Məhəmməd əl-Əmvasi, Abdullah əl-Zubi
Müdafiəçilər: İhsan Həddad, Firas Şalabiya, Məhəmməd Əbu Həşiş, Yusuf Əbu əl-Cəzar, Mustafa Eid, Abdullah Nəsib, Yazan əl-Arab, Məhannəd Xair Allah, Salim Obaid, Hijazi Maher
Yarımmüdafiəçi: Mahmud Şavkat, Nizar əl-Raşdan, İbrahim Sadeh, Nur əl-Ravabdeh, Raqayi Ayed, Obayda əl-Samarneh, Saleh Rateb, Yussef Əbu Calbuş, Məhəmməd Əbu Rizk
Hücumçular: Mahmud əl-Mardi, Musa əl-Tamari, Anas əl-Avadat, Məhəmməd Əbu Zureyk, Həmzə əl-Dardur, Əli Olvan, Yazan əl-Naymat