Bojoviçin “Neftçi”dəki debütü uğursuz alınıb - YENİLƏNİB

Xəbərlər
6 Yanvar 2024 20:06
1 508
Bojoviçin “Neftçi”dəki debütü uğursuz alınıb - YENİLƏNİB

Mövsümün ikinci yarısına Türkiyədə hazırlaşan "Neftçi" bu gün ilk yoxlama oyununu keçirib.

İdman.biz xəbər verir ki, yanvarın 4-dən Antalya toplanışına start verən "ağ-qaralar" "Erzurumspor"la görüşüb.

Türkiyənin 1-ci liqa təmsilçisi ilə qarşılaşma Bakı klubunun yeni baş məşqçisi Miodraq Bojoviçin rəhbərliyi altında ilk sınağı olub. Oyuna yaxşı başlayan "Neftçi" Rəhman Hacıyevin qolu ilə hesabı açıb. Amma fasilədən sonra Türkiyə klubu vəziyyəti öz xeyrinə dəyişib. "Erzurumspor" 3 qol vuraraq, 3:1 hesabı ilə qalib gəlib.

Monteneqrolu mütəxəssisin yetirmələri Antalya toplanışında daha bir matç da keçirəcək. Yanvarın 13-də baş tutacaq görüşdəki rəqib hələ müəyyənləşməyib.

Qeyd edək ki, "Neftçi"nin Türkiyə toplanışı yanvarın 14-dək davam edəcək.

Yoxlama oyunu
6 yanvar
18:00. "Neftçi" – "Erzurumspor" (Türkiyə) - 1:3
Qollar:
Rəhman Hacıyev, 10 - Eren Tozlu, 58 (pen.). Muhammed Özhan, 77. Özgür Sert, 79
Gloria Sport Arena

Məqalədə: