UEFA-nın C kateqoriyalı məşqçi kursunun birinci mərhələsi başa çatıb - FOTO

24 Aprel 2026 17:34
345
UEFA-nın C kateqoriyalı məşqçi kursunun birinci mərhələsi başa çatıb - FOTO

AFFA-nın təşkilatçılığı ilə Şəkidə keçirilən UEFA-nın C kateqoriyalı məşqçi kursunun birinci mərhələsi başa çatıb.

İdman.Biz xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, dörd gün çəkən məşğələlərə təlimatçı Dəyanət Əliyev rəhbərlik edib. Ona İdris Bədirov köməklik göstərib.

Kursun ikinci mərhələsi mayın 12-dən 15-dək, üçüncü mərhələsi iyunun 2-dən 5-dək, dördüncü mərhələsi isə iyunun 22-dən 27-dək olacaq.

İdman.Biz