“Araz Saatlı”dan 3 transfer

Xəbərlər
5 Yanvar 2024 20:38
200
“Araz Saatlı”dan 3 transfer

I Liqa təmsilçisi "Araz Saatlı" təlim-məşq toplanışına start verib.

İdman.bizə klubun mətbuat xitmətindən verilən məlumata görə, komanda 3 futbolçu ilə güclənib.

İlk məşqdən əvvəl yeni futbolçular komandaya təqdim olunub. Ravil Yusifli və Ceyhun Rəcəbli "Sheki City"dən, Elnur Mustafazadə isə "Karvan"da transfer olunub. Komandanın heyətində baxışda olan digər futbolçular barəsində yekun qərar qarşıdakı günlərdə veriləcək.

Qeyd edək ki, qış fasiləsi dövründə "Araz Saatlı"nın ilk yoxlama oyunundakı rəqibi müəyyənləşib. Komanda yanvarın 14-də "Şamaxı" ilə qüvvəsini sınayacaq.

İdman.biz