“Qarabağ”ın polşalı qapıçısı Mateuş Koxalski Salyan rayonunun Kürsəngi kəndinə səfər edib.
İdman.Biz xəbər verir ki, təcrübəli qolkiper kənddə fəaliyyət göstərən “Kürsəngi” komandasının azyaşlı futbolçuları ilə görüşüb.
Görüş zamanı Mateuş Koxalski uşaqlarla səmimi söhbət aparıb, onlara öz təcrübələrini bölüşüb və futbol karyerası ilə bağlı tövsiyələr verib.
Qeyd edək ki, bu cür görüşlər regionlarda futbolun inkişafı və uşaqların idmana marağının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
