“Həqiqətən maraqlı və yaxşı təcrübə oldu”.
Bunu “Zirə”nin hücumçusu Leroy Mikels futbolinfo.az-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik.
– Qarşıda “Neftçi” ilə matç var. Aranızda da 1 xal fərq qalıb. Bu görüşü mövsümün ən vacib oyunu saymaq olar?
– Deməzdim ki, ən vacib oyundur, amma bizim üçün vacib matçlardan biridir. “Neftçi”dən sonra “Turan Tovuz”la da oynayacağıq. Ardıcıl vacib matçlarımız var. Kubokda da “Turan Tovuz”a qarşı çıxış edəcəyik.
– “FİFA Series-2026” çərçivəsində Ruanda millisinə dəvət aldın. Milli komandada olmaq necə hiss idi?
– Həqiqətən maraqlı və yaxşı təcrübə oldu. Afrikaya gedəndə ora yaranan sevgi, insanların səni isti qarşılaması və sənin də bunun qarşılığını qollarla verməyin gözəl hissdir. Əlbəttə ki, mənim üçün xüsusi anlarla yadda qaldı.
– Millidə ilk qolunu Qrenadaya vurdunuz və mükəmməl qol alındı. Özünüz həmin anı necə təsvir edərsiniz?
– Qollar vurduğuma görə özümü yaxşı hiss edirəm. Təbii ki, vurduğum qollar məni sevindirir. Çox zövqlü anlar idi.
– Milliyə tək getməmişdiniz. Qardaşınız Coy-Lens Mikels və “Zirə”dən komanda yoldaşın Anje Mutsinzi də sizinlə birlikdə idi. Onlarla yığmada oynamaq necə alındı?
– Biz kuboku qazandıq və bu uğurda hər kəsin rolu var. Mənim üçün yığmadada Cimmi ilə (Anje Mutsinzinin ləqəbidir) oynamaq rahatdır. Çünki klubda da birlikdə çıxış edirik. Amma qardaşımla rəqibik və daim bir-birimizə qarşı oynayırıq.
