Elgiz Kərəmli: “Səbail” liqada məğlub edə bilmədiyimiz yeganə komanda idi”

10 Aprel 2026 13:43
197
Elgiz Kərəmli: “Səbail” liqada məğlub edə bilmədiyimiz yeganə komanda idi”

“Çox vacib qələbə qazandıq”.

Bu sözləri Birinci Liqada çıxış edən “Şəfa” futbol komandasının baş məşqçisi Elgiz Kərəmli deyib.

“Ötən tur Mingəçevirdə aldığımız məğlubiyyətdən (2:5) sonra az da olsa, narahatlıq var idi. Lakin komanda olaraq bunun öhdəsindən gəlməyi bacardıq. Maraqlı və gərgin oyun oldu. Rəqib intizamlı, əzmkar və keyfiyyətli komandadır. “Səbail” liqada məğlub edə bilmədiyimiz yeganə komanda idi. Onlarla hər üç oyun derbi ab-havasında keçib. Futbolçularımıza “əhsən” düşür. Çox istəkli və inamli oynadılar. Düşünürəm ki, layiqli qələbə qazandıq”, - deyə o, fanat.az-a açıqlamasında bildirib.

Qeyd edək ki, “Şəfa” “Səbail”i 2:1 hesabı ilə məğlub edib.

İdman.Biz