“Qarabağ”da baxışda olan nigeriyalı futbolçular geri qayıdırlar

8 Aprel 2026 15:10
160
“Qarabağ”da baxışda olan nigeriyalı futbolçular geri qayıdırlar

“Qarabağ” klubunun U-19 komandasında baxışda olan nigeriyalı futbolçular Onyema Fransis Çukvumoabim və Akinrefon Mikael Adetoro ölkələrinə qayıdırlar.

Ağdam təmsilçisinin Futbol Akademiyasının meneceri Nail Kərimov report.az-a bildirib ki, məşqçilər korpusu martda kollektivə qoşulan oyunçuları baxışdan keçirib.

“Onların növbəti mövsümün əvvəlində buraya gəlib-gəlməyəcəyi bir neçə məsələdən asılıdır. Hər şey planlaşdırıldığı kimi getsə, ola bilər ki, biri və ya ikisi də müqaviləyə dəvət olunsun”, - deyə o bildirib.

N.Kərimov mövsümün əvvəlində heyətə cəlb edilən Muyideen Olude və Toheeb Abiodunla bağlı qərarın hələlik verilmədiyini söyləyib:

“Onların müqavilələri “1+1” illikdir. Növbəti mövsümdə bizi nələrin gözlədiyini hələlik bilmirik. Əvəzedici komandalarla bağlı qərarı gözləyirik. Həmin oyunçuların 19 yaşları artıq tamam olur. Növbəti mövsüm komandada qalsalar, ancaq Əvəzedicilər Liqasında oynaya biləcəklər. Bu çempionatla bağlı qərar veriləndən sonra bir qərara gəlib məsələni yekunlaşdıracağıq”.

İdman.Biz