Lunyovu Bakıda niyə polis məntəqəsinə aparıblar?

Xəbərlər
1 Yanvar 2024 13:16
264
Lunyovu Bakıda niyə polis məntəqəsinə aparıblar?

“Qarabağ”ın qapıçısı Andrey Lunyov Bakıda yol polisi tərəfindən saxlanılıb.

İdman.biz xəbər verir ki, Rusiya mətbuatına müsahibı verən rusiyalı qapıçı başına gələn hadisə barədə danışıb.

Lunyov polisin onu ickili olmasından şübhələndiyini bildirib. O, “Qarabağ”ın nümayəndəsinin köməyi sayəsində vəziyyətdən xilas ola bildiyini vurğulayaraq, cərimə ödədiyini də etiraf edib: “Ailəmi ticarət mərkəzinə düşürdükdən sonra komandanın bazasına yollanırdım. Mərkəzi küçələrin birində sakit avtomobili idarə edirdim. Oradakı yol hərəkəti qaydalarını bilirəm və zolaqları birdən-birə dəyişməməyə çalışıram. Birdən yol polisi tərəfindən saxlanıldım. Onlar sürətli hərəkət etdiyimi və zolağı tez dəyişdiyimi bildirdilər. Kamera görüntülərini təqdim edilməsini tələb etdim. Bundan başqa, həmin gün qrip olduğum üçün xarici görünüşüm heç də yaxşı deyildi. Polislər içkili olduğumu düşündülər, onlardan alkotestdən keçməyə hazır olduğumu dedim. Buna baxmayaraq, məni polis şöbəsinə apardılar. Nəticədə klubun nümayəndəsinə zəng vurdum, gəlib kömək etdi. İstənilən halda cərimə ödəməyə məcbur oldum. Ona görə ki, əgər orada səni polis məntəqəsinə gətiriblərsə, haqlı olsan belə cərimə ödəməlisən”.

Lunyov Bakıya uyğunlaşmaqlar bağlı problem olmadığını deyib. Təcrübəli qapıçı “Bayer”dən fərqli Azərbaycan paytaxtında rus dilində danışanların çox olduğunu və ünsiyyət baxımından çətinlik yaşamadığını bildirib. Andrey Bakıda maşınların çox siqnal verdiyini qeyd edib.

İdman.biz

Məqalədə: