“Qarabağ”ın rəqibi səfərdə 3 qolla 3 xal qazanıb

Xəbərlər
31 Dekabr 2023 00:51
127
“Qarabağ”ın rəqibi səfərdə 3 qolla 3 xal qazanıb

“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Braqa” səfərdə qələbə qazanıb.

İdman.biz xəbər verir ki, komanda “Kasa Pia”nı 3:1 hesabı ilə məğlub edib.

Oyunda bütün qollar fasilədən sonra vurulub. “Braqa”nın heyətində Moutinyo, Banza və Salazar fərqləniblər. Bu qələbədən sonra xalının 32-yə yüksəldən komanda 4-cü pillədəki mövqeyini qoruyub.

Qeyd edək ki, “Qarabağ”ın rəqibi növbəti turda öz meydanında “Gimaraynş”la qarşılaşacaq. Oyun yanvarın 6-da baş tutacaq.

Portuqaliya Liqası
18-ci tur

Kasa Pia – Braqa – 1:3
Eştoril – Farense – 4:0
Gil Visente – Boavişta – 1:3

İdman.biz

Məqalədə: