Mövsüm öncəsi gündəmə gələn Abdulah Xaybulayevin “Qarabağ”a transferində yenidən hərəkətlilik var.
İdman.Biz-in əldə etdiyi məlumata görə, baş məşqçi Qurban Qurbanov “Sabah”ın 24 yaşlı oyunçusunun xidmətində çox maraqlıdır.
Gənc oyunçunun millidə göstərdiyi performans böyük maraq toplayır.
Məlumata əsasən, baş məşqçi Xaybulayevi yarımmüdafiənin hərəkətverici qüvvəsi kimi görür və ondan uzun illər yararlana biləcəyinə inanır.
Həmçinin yeni mövsüm üçün heyətdə yeniləmələrin olacağını nəzərə alsaq, Abdulahın komandaya qoşulması əlavə güc və yeni nəfəs ola bilər.
