Rafiq Hüseynov: “Qurban Qurbanov ordadırsa, hər şey yaxşı olmalıdır” - VİDEO

Xəbərlər
30 Dekabr 2023 16:28
655
Rafiq Hüseynov: “Qurban Qurbanov ordadırsa, hər şey yaxşı olmalıdır” - VİDEO

"Qarabağ"ın çıxışı ilə bağlı tədbirlərin birində Qurban Qurbanovla söhbət etdik".

Bunu İdman.bizin yeni multimediya layihəsinin qonağı olan yunan-Roma güləşçisi Rafiq Hüseynov deyib.

35 yaşlı pəhləvan bildirib ki, komanda idman növləri fərdi növlərdən daha çətindir: "Komanda idman növləri ilə fərdi idman növlərinin fərqi ondadır ki, təkmübarizlikdə cəmi 1 nəfərə nəzarət edirsən. Onun nəyə qadir olduğunu rahat görürsən. Futbolda isə 11 nəfəri və məşqçini kənardan izləyib, onların nə fikirləşdiyini düşünürsən. Bu baxımdan çox çətindir. Biz həyəcana adət etmiş idmançılar olsaq da, sırf "Qarabağ"ın oyunlarında xüsusi həyəcan var idi. Avropa Liqasında qrup mərhələsini adlamasını istəyirdik. Sevindirici haldır ki, bu baş verdi. Ağdamlılar çox uğurlu çıxış edirlər. Ümid edirəm ki, qarşıdan gələn 2024-cü ildə bizi yeni mərhələləri keçməklə sevindirəcək və biz də fəxr edəcəyik ki, "Qarabağ" adı xarici arenalarda səslənir".

Hüseynov Avropa Liqasının pley-offunda "Qarabağ"a inandığını da vurğulayıb: "İdmanda gözlənilməz hadisələr çox olur. "Qarabağ"ın zəif komanda olduğunu demirəm. Amma "Braqa" kifayət qədər tanınmış və təcrübəli futbolçulara malik klubdur. Buna baxmayaraq, təmsilçimizin oyunçularını tanıdığım üçün bilirəm ki, onlar hansı əzmlə, hansı istəklə bu oyuna hazırlaşacaqlar. İdmanda əsas istəkdir. Bu olduqdan sonra motivasiya etmək çox asandır. Bir komandanın baş məşqçisi Qurban Qurbanovdursa, orda hər şey yaxşı olmalıdır".

Qeyd edək ki, "Qarabağ" "Braqa" ilə ilk matçını gələn ilin fevralında keçirəcək.

İdman.biz

Məqalədə: