Qadın futbolçularımız Yeni ilə fərqli qarşılayacaq: Biri yeni evində, digəri ailədən uzaqda...

Xəbərlər
30 Dekabr 2023 15:29
1 360
Qadın futbolçularımız Yeni ilə fərqli qarşılayacaq: Biri yeni evində, digəri ailədən uzaqda...

2023-cü il qadın futbolu üzrə Azərbaycanın millisi üçün uğurlu alınıb.

İdman.biz xəbər verir ki, xanımlar C divizionunda 1-ci yeri tutaraq B divizionuna yüksəliblər.

İli uğurla başa futbolçularımız Yeni ili fərqli şəkildə qeyd edəcəklər. Onlardan bəziləri ailələri ilə, bəziləri isə ölkə xaricində 2024-cü ili qarşılayacaqlar.

Sevinc Cəfərzadə (kapitan): Yeni ili Bakıda ailəmlə birlikdə qarşılayacam. Təntənəli şəkildə qeyd etməyəcəyik. Daha sonra mənə doğma olan Lənkərana gedəcəm. 2 gün orda qaldıqdan sonra Rusiyaya geri dönəcəm. Təbii ki, bütün dostlarımı, qohumlarımı görmək istəyərdim. İmkan daxilində bunu etməyə çalışacam. Yeni ilin ilk həftəsində “Krasnodar”la birlikdə təlim-məşq toplantısına yollanacam.

Ayşən Əhmədova (müdafiəçi): Davamlı olaraq xarici ölkədə olduğum üçün yeni ili bu dəfə ailəmlə ölkəmizdə keçirəcəyəm.

Vüsalə Seyfəddinova (yarımmüdafiəçi): İşimə görə evimdən uzaqdayam. Bu müddət ərzində Azərbaycana gəlmək şansım yarandı. Yeni ili ailə üzvlərim ilə birlikdə keçirəcəm.

Nərgiz Hacıyeva (müdafiəçi): Yeni ili İstanbulda dostlarım ilə birlikdə keçirəcəyəm.

Aysun Əliyeva (yarımmüdafiəçi): Yeni ili ailəmlə, yeni evimizdə keçirməyi planlaşdırıram. Ötən ilin mənə ən böyük hədiyyəsi övladımdır.

Kamilla Məmmədova: Yeni ili ailəmlə birgə qarşılayacam. Ötən il mənim üçün və komandam üçün uğurlu alındı. Gözəl nəticələr qazandıq və yeni ildən gözləntim həm klub səviyyəsində, həm də milli komanda səviyyəsində daha çox uğur əldə etməkdir.

Emin Ağa
İdman.biz

Məqalədə: